16 Sentyabr üçün hava proqnozu açıqlanıb
Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 16 Sentyabrda Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi yerlərdə arabir tutulma müşahidə ediləcək. Səhər və axşam saatlarında qısamüddətli yağış ehtimalı var. Gündüz şimal-şərq küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə isti proqnozlaşdırılır. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75%, gündüz isə 55-60% təşkil edəcək.
Ölkənin rayonlarında əsasən yağmursuz hava gözlənilir, lakin bəzi yerlərdə gündüz arabir yağış, şimşək çaxması mümkün olacaq. Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan, dolu ehtimalı var. Gecə və səhər bəzi bölgələrdə duman müşahidə oluna bilər. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 15-18, gündüz 19-24 dərəcə, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.