Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Heydər Əliyev prospektinin Kür çayı yaxınlığından keçən hissəsində baş verib.
“Mercedes” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində “Chevrolet”də olan sərnişin – 2004-cü il təvəllüdlü, Yevlax rayon sakini Zinyət Quliyeva müxtəlif xəsarətlər alıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.