Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ukrayna PUA-ları Rusiyada ciddi dağıntılara səbəb oldu

PUA hücumu nəticəsində neft limanında yanğın, hava limanlarında isə uçuş ləğvləri qeydə alınıb

7

Sentyabrın 11-dən 12-nə keçən gecə Rusiyanın bir sıra bölgələrində partlayış səsləri eşidilib. Rusiya yerli hakimiyyət orqanları bildirir ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf olunub.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko açıqlayıb ki, gecə saatlarında Ukrayna PUA-ları Rusiyanın ən böyük neft yükləmə limanı “Primorsk”a hücum edib və gəmilərdən birində yanğın baş verib.

Qubernator qeyd edib ki, Leninqrad vilayətində 30-dan çox PUA məhv edilib, Vsevolojsk, Tosno, Populye və Uzno kəndlərində PUA-lardan düşən qırıntılar dağıntılara səbəb olub. Lomonosov rayonuna edilən İHA hücumu da dəf edilib.

Eyni zamanda, Pulkovo, Yaroslavl, Kaluqa, İvanovo və Pskov hava limanları bağlanıb. Smolensk yaxınlığındakı “Lukoyl” neft anbarında irimiqyaslı yanğın qeydə alınıb. Sankt-Peterburqun Pulkovo hava limanında 50-dən çox reys təxirə salınıb və ya ləğv edilib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Leninqrad vilayətində ümumilikdə 28 pilotsuz uçuş aparatı məhv edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.