Sentyabrın 13-nə hava proqnozu açıqlanıb
Bəzi bölgələrdə leysan yağış və sulu qar ehtimalı var
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq, yağış ehtimalı azdır. Gündüz bəzi yerlərdə fasilələrlə yağış yağacağı mümkündür, arabir şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17–19°C, gündüz 22–24°C arasında dəyişəcək. Atmosfer təzyiqi 762–766 mm civə sütunu, nisbi rütubət gecə 70–75%, gündüz isə 55–65% təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə yağış, şimşək çaxması, leysan xarakterli intensiv yağıntı, dolu və yüksək dağlıq ərazilərdə sulu qar müşahidə oluna bilər. Gecə və səhər bəzi yerlərdə duman yaranacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 16–20°C, gündüz 22–27°C, dağlıq ərazilərdə gecə 3–7°C, gündüz 7–12°C olacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.