Lənkəranda narkotik əməliyyatı – 13 kiloqram marixuana ələ keçirildi
Əvvəllər məhkum olunmuş şəxs xaricdəki narkotacirlə əlaqə saxlayaraq narkokuryerliyə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Əvvəllər də oxşar cinayətə görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Onun üzərində aparılan yoxlama zamanı sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, Ramazanlı narkokuryerliyə cəlb olunub və marixuananı maddi qazanc müqabilində müəyyən ünvanlara çatdırmağı öhdəsinə götürüb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.
Bundan başqa, Lənkəran polisi son bir ay ərzində rayon ərazisində apardığı əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 20 fakt aşkarlayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.