Qəhrəman Azərbaycan vətəndaşı Rusiyada həyatı təhlükədə olanları xilas etdi
Novosibirskdə Rza Rzayev yerli istilik sisteminin partlaması zamanı riskə girərək uşaqları və qocaları xilas edib, təşəkkür olaraq verilən vəsaiti sağlamlıq imkanları məhdud uşaqlara bağışlayıb
Rusiyanın Novosibirsk şəhərində sadə yükdaşıyan işləyən Azərbaycan vətəndaşı Rza Rzayev yerli istilik sisteminin partlaması və qaynar suyun fontan vurması zamanı həyatını riskə ataraq, köməksiz vəziyyətdə qalan uşaqları və qocaları xilas edib.
Rza Rzayev sakinlərin ona minnətdarlıq əlaməti olaraq topladıqları 71 524 rubl (təxminən 1 380 manat) vəsaiti sağlamlıq imkanları məhdud uşaqların ehtiyacları üçün bağışlamaq qərarına gəlib.
Tarixçi alim Zaur Əliyev bildirib:
“Novosibirskdən olan Aleksandr Oşçepkov onun insanları xilas etməsi zamanı fotosunu çəkib və bu foto Andrey Stenin adına 10-cu Beynəlxalq Fotojurnalistika Müsabiqəsinin “Dövrümüzün Qəhrəmanı” nominasiyasında qalib olub. Rusiyada bu cür insanların sayı yüzlərlədir. Təkcə Rusiyada yox, dünyanın bir çox ölkəsində xalq qəhrəmanı olan azərbaycanlılar barədə mediada kifayət qədər məlumat var.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.