Universitetlərə qəbul olan abituriyentlər üçün qeydiyyat bu gün başa çatır
Müddət bitdikdən sonra qəbul hüququ qüvvədən düşəcək
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün – 8 sentyabr saat 18:00-da yekunlaşır.
Abituriyentlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Qeydiyyat prosesi ilə bağlı bütün sualları həmin portal vasitəsilə dəqiqləşdirmək mümkündür.
Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxslər müvafiq ixtisasdan imtina etmiş hesab olunacaq və onların qəbul haqqında əmri ali məktəblərə göndərilməyəcək.
Qeyd edək ki, qeydiyyat prosesi 28 avqustdan başlayıb. Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunan abituriyentlər (subbakalavrlar) üçün qeydiyyat 9–15 sentyabr, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün isə 9–17 sentyabr tarixlərində aparılacaq. Hər iki halda son tarix saat 18:00-dır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.