Bizimlə həyatınız həmişə işıqlı olacaq!

95 yaşlı qadın üzərində uğurlu əməliyyat

Həkimlər çoxsaylı risklərə baxmayaraq pasiyentin həyatını xilas etdilər

16

Respublika Klinik Xəstəxanasında 95 yaşlı qadın pasiyent üzərində mürəkkəb cərrahi əməliyyat uğurla icra olunub.

TƏBİB-in məlumatına görə, 1930-cu il təvəllüdlü Savat Quliyeva sol bud sümüyünün sınığı ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı pasiyentdə ürək-damar problemləri, böyrək funksiyasının pozulması, qanaxma meyilliliyi və digər yanaşı xəstəliklər də müəyyən edilib.

Səhhətindəki risklər səbəbilə bir sıra xəstəxanalarda əməliyyat aparılmasından imtina edilsə də, Respublika Klinik Xəstəxanasında keçirilən həkim konsiliumu əməliyyatın mümkünlüyü barədə qərar verib. Travmatoloq-ortoped Pərvin Hüseynovun rəhbərliyi, anestezioloq-reanimatoloq Fatma Əhmədova və assistent Cavid İlyaszadənin iştirakı ilə sol bud sümüyünün osteosintezi əməliyyatı uğurla həyata keçirilib.

Əməliyyatdan sonra pasiyentin müalicəsi xəstəxanada davam etdirilib. Vəziyyəti stabilləşdikdən sonra isə o, ambulator müalicə üçün evə buraxılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.