Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Sənaye Parkında ağır istehsalat qəzası

30 yaşlı qadın iş zamanı ağır xəsarət alıb, barmaqları amputasiya edilib

50

Mingəçevir Sənaye Parkında gecə növbəsində çalışan qadın işçi istehsalat qəzası nəticəsində ağır xəsarət alıb.

Hadisə gecə saatlarında baş verib. Tekstil avadanlığında işləyən 1995-ci il təvəllüdlü Nəzrin Hüseynəlizadənin sol əli işlək vəziyyətdə olan qurğuya sıxışıb.

Dərhal xəstəxanaya aparılan yaralıya təcili əməliyyat edilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının sol əlindəki 4 barmaq amputasiya olunub.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.