Gedişhaqqının artırılması ilə bağlı yayılan məlumatlara rəsmi açıqlama
Tariflər hazırda 50 qəpikdir, hələlik qiymət artımı ilə bağlı qərar yoxdur
Son günlər bəzi xəbər portallarında və sosial şəbəkələrdə ictimai nəqliyyatda gedişhaqqının 1 manat olacağı barədə məlumatlar yayılıb. Bu xəbərlərdə xərclərin artması, texniki xidmət və ehtiyat hissələrinin qiymətlərinin bahalaşması əsas səbəblər kimi göstərilir. Lakin rəsmi açıqlama hələ verilməyib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirib ki, ictimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.
Qeyd edək ki, ictimai nəqliyyatda gedişhaqqı sonuncu dəfə 2024-cü ilin iyunun 30-da dəyişdirilmişdi. Həmin qərar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmişdi.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.