Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sabaha olan temperatur

Rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir

14

Sabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava gözlənilir. Gündüz şimal-qərb küləyi cənub-şərq istiqamətindən əsən küləklə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidməti bildirib ki, temperatur gecə 21-25, gündüz 31-36 dərəcə civarında olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 35-45 % təşkil edəcək.

Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi dağlıq yerlərdə dumanın müşahidə olunacağı bildirilib. Mülayim şərq küləyi əsəcək. Temperatur göstəriciləri rayonlarda gecə 21-25, gündüz 33-38 dərəcə, dağlıq ərazilərdə isə gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.