Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Metroda gedişhaqqı 1 manat olacaq? – Rəsmi açıqlama

Qiymət artımı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

16

Bakı Metropoliteni QSC gedişhaqqının artırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. QSC sədrinin müşaviri Emil Əhmədov qeyd edib ki, mövzu müzakirə olunmaqdadır, lakin hələlik rəsmi qərar verilməyib.

“Dünyada müxtəlif yanaşmalar mövcuddur: aylıq kartlar, bir səfərlik biletlər, tələbələr və sosial həssas qrupa daxil olanlar üçün fərqli tariflər. Bəzi ölkələrdə isə məsafədən asılı ödənişlər tətbiq olunur. Bu məsələlər bizim gündəmimizdədir, müzakirələr davam edir,” – o bildirib.

Qeyd edək ki, bir müddət öncə mətbuatda və sosial şəbəkələrdə metro və avtobuslarda gedişhaqqının 1 manat olacağı barədə məlumatlar yayılmışdı.

İctimai nəqliyyatda gedişhaqqı sonuncu dəfə 2024-cü ilin iyunun 30-da dəyişdirilmişdi. Həmin qərar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən verilmişdi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.