Azərbaycanda internet provayderlərinə etimad azalır
İKTA şikayət indeksini açıqladı: ən çox narazılıq doğuran şirkətlər bəlli oldu
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
Hesabata əsasən, 2025-ci ilin II rübündə “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlər təhlil olunub və indeks üzrə dinamika müəyyən edilib. Müqayisə üçün 2025-ci ilin I rübü üzrə göstəricilər də nəzərə alınıb.
21 şirkət üzrə açıqlanan siyahıda ən çox şikayət indeksi qeydə alınan provayderlər bunlardır: “ALNET” MMC (9.05), “ULTRANET” MMC (7.45), “UPLİNK” MMC (5.80), “BULUD TELECOM” MMC (5.03), “GSP” MMC (4.46).
Ortalama cavablandırma müddətinə görə isə ilk beşlik belədir: “METRONET” MMC (22 gün), “ULTRANET” MMC (20 gün), “BULUD TELECOM” MMC (18 gün), “UPLİNK” MMC (8 gün), “UNİNET” (8 gün).
Xatırladaq ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrından istifadədədir. Bu günədək vətəndaşlar tərəfindən telekommunikasiya və poçt xidmətləri ilə bağlı 8600-ə yaxın müraciət daxil olub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.