Mingəçevirdə kuryer motosikleti ilə avtomobil toqquşdu
Qəza nəticəsində iki gənc müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib
Avqustun 28-nə keçən gecə Mingəçevirin Heydər Əliyev prospektində yol qəzası baş verib. Yüksək Texnologiyalar Parkı yaxınlığında qida çatdırılması ilə məşğul olan kuryer motosikleti “Hyundai Santafe” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində motosikletdə olan 2007-ci il təvəllüdlü Bəxtiyar Quliyev və Nurlan Ələsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki gənc dərhal xəstəxanaya yerləşdirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.