Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişindaşımalar bərpa olunur

30 illik fasilədən sonra müasir qatarlar Ağdama yola düşür

12

Azərbaycan Dəmir Yolları (ADY) QSC avqustun 30-dan Bakı–Ağdam–Bakı istiqamətində sərnişin daşımalarına başlayır.

Yeni marşrut İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “FLIRT” markalı müasir qatarlarla həyata keçiriləcək. Cədvələ əsasən, hər həftənin şənbə günü Bakıdan saat 07:10-da çıxan qatar 11:53-də Ağdama çatacaq. Geri dönüş isə saat 18:20-də Ağdamdan başlayacaq və 22:55-də Bakı Dəmiryol Vağzalında yekunlaşacaq.

Sərnişinlər Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər. Qatarın daxilində standart, standart+, biznes və birinci sinif üzrə yerlər təklif olunur. Bakıdan Bərdə və yaxın stansiyalara minimum biletlər 12 AZN-dən, Ağdama isə 12,80 AZN-dən başlayır. Səyahət zamanı ödənişsiz “Wi-Fi” xidməti də mövcud olacaq.

Biletləri 27 avqustdan ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və kassalardan əldə etmək mümkündür. İşğaldan azad edilmiş ərazilərə səfərlər üçün portal vasitəsilə avtomatik icazə təmin ediləcək.

Xatırladaq ki, sonuncu dəfə Bakıdan Ağdama sərnişin daşımaları 1993-cü ildə, Bakı–Xankəndi–Bakı marşrutu üzrə yataq tipli qatarlarla həyata keçirilmişdi. O dövrdə 371 km-lik məsafə təxminən 8,5 saata qət olunurdu.

Yeni marşrut Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf bölgələrin sosial-iqtisadi inkişafına, həmçinin Böyük Qayıdış prosesinə mühüm dəstək verəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.