Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Banklarda yeni dövr: Keşbeklər azalır, müştərilərin vərdişləri qalır

Uzun illər bank kartlarını populyarlaşdıran keşbek kampaniyaları sürətlə zəifləyir – ekspertlər bunun səbəblərini izah edir

2

Bankların illərlə müştəriləri cəlb etmək üçün istifadə etdiyi “keşbek” kampaniyaları getdikcə zəifləyir. Bu sistemin mahiyyəti kartla ödəniş zamanı müəyyən faizlə pulun geri qaytarılması idi. İlk mərhələdə həm bank kartlarına marağı artırır, həm də nağdsız ödənişləri stimullaşdırırdı.

Son aylarda isə banklar keşbek faizlərini minimuma endiriblər. Əvvəllər mağaza, yanacaqdoldurma məntəqəsi və restoranlarda yüksək faizlə geri ödəniş təklif edilirdisə, indi bəzən cəmi 0,5 faizlə məhdudlaşır. Hətta bəzi banklar ümumiyyətlə bu kampaniyalardan imtina edib.

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, bu proses bazarda formalaşan yeni reallıqlarla bağlıdır:
“Keşbek kampaniyalarının məqsədi insanları kartdan istifadəyə alışdırmaq idi. Bu mərhələ artıq tamamlandı. Əhali gündəlik alış-verişlərini əsasən kartla həyata keçirir. Artıq əlavə motivasiya verməyə ehtiyac yoxdur”.

Ekspertin sözlərinə görə, banklar üçün keşbek kampaniyaları əlavə xərc sayılır və gələcəkdə bu meylin davam edəcəyi gözlənilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.