Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran rəhbərliyi arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı

Xamenei sərt mövqedə qalır, Pezeşkian isə yumşaq bəyanatlarla çıxış edir

0

Erməni politoloq Benjamin Poqosyanın sözlərinə görə, İran rəhbərliyində Zəngəzur dəhlizinə münasibətdə yekdil mövqe yoxdur. O bildirib ki, Ali Rəhbər Əli Xameneiyə yaxın çevrələr və SEPAH sərt açıqlamalar versə də, Prezident Məsud Pezeşkian və xarici işlər naziri Əraqçi daha yumşaq mövqe sərgiləyiblər. Onlar dəhlizin Ermənistanın yurisdiksiyasında qalacağını əsas gətirərək, bunun İranın “qırmızı xətlərinə” uyğun olduğunu vurğulayırlar.

Poqosyan qeyd edib ki, Pezeşkianın İrəvana səfəri əvvəlcədən planlaşdırılmışdı və ABŞ-də avqustun 8-də əldə olunan razılaşma ilə birbaşa bağlı deyil. Lakin Prezidentin açıqlamaları ikili xarakter daşıyır. O, Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, sərhəddə “üçüncü qüvvələr”in mövcudluğuna qarşı olduğunu vurğulayıb. Politoloq isə bununla İranın hərbi qüvvələri, yoxsa təhlükəsizlik məqsədli şirkətləri nəzərdə tutduğunun aydın olmadığını bildirib.

Ekspert əlavə edib ki, “Tramp yolu” adlanan layihənin detalları hələ tam açıqlanmayıb, amma amerikalıların burada rol alacağı dəqiqdir. Əgər yol Ermənistan qanunları əsasında fəaliyyət göstərən Amerika-Ermənistan şirkətinin ixtiyarına verilərsə, bu, İran sərhədinə yaxın ərazidə ABŞ təsirinin artması demək olacaq. Bu isə Tehranın mövqeyində qeyri-müəyyənlikləri daha da gücləndirir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.