İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?
Rəqabət ən çox V qrup üzrə müşahidə olunur
2025-ci il üzrə ixtisas seçimi bütün qruplar üzrə avqustun 11-dən 19-dək davam edib. Abituriyentləri isə ən çox maraqlandıran sual – nəticələrin nə vaxt elan olunacağıdır.
Əvvəlki illərin təcrübəsinə əsasən, Dövlət İmtahan Mərkəzi seçim başa çatdıqdan sonra 3 iş günü ərzində nəticələri açıqlayır. Bu da o deməkdir ki, abituriyentlər cavabları bu həftə ərzində öyrənə biləcəklər.
Rəqəmlərə nəzər salsaq, ümumi boş yerlərin sayı 20 385-dir, ərizəsi təsdiqlənənlərin sayı isə 23 919 nəfərdir.
-
II qrup üzrə: 14 935 yer – 19 041 ərizə.
-
III qrup üzrə: 15 583 yer – 24 414 ərizə (ənənəvi olaraq ciddi rəqabət).
-
IV qrup üzrə: 4 732 yer – 6 966 ərizə.
-
V qrup üzrə: 4 704 yer – 16 517 ərizə (ən yüksək rəqabət burada müşahidə olunur).
Dövlət İmtahan Mərkəzi əlavə edib ki, 11 illik bazada kolleclərə ixtisas seçimi yalnız ali məktəblərə qəbul nəticələri elan olunduqdan sonra başlayacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.