Temperatur yenidən yüksəlir
Yağış gözlənilmir, bəzi bölgələrdə külək və qısamüddətli yağış müşahidə oluna bilər
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.
Paytaxtda gecə 21-25, gündüz isə 29-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% təşkil edəcək.
Ölkənin digər rayonlarında da əsasən yağmursuz hava müşahidə ediləcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək ehtimalı var.
Gecə və səhər bəzi dağlıq yerlərdə duman gözlənilir. Qərb küləyi gündüz bəzi bölgələrdə arabir güclənəcək.
Temperatur göstəriciləri isə belə olacaq: rayonlarda gecə 22-27, gündüz 33-38 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 11-16, gündüz 22-27 dərəcə isti.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.