Makron: “Putin hələ sülhə hazır görünmür”
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna müharibəsinin dayandırılması üçün Rusiya liderinin real addım atacağına inanmır və əlavə sanksiyaların gündəmdə olduğunu vurğulayıb
Fransa Prezidenti Emmanuel Makron Ukraynada davam edən müharibə ilə bağlı çıxış edərək, Rusiya Prezidenti Vladimir Putinin sülh razılaşmasına hazır olmadığı qənaətində olduğunu deyib. O, Ağ Evdə keçirilən danışıqlardan sonra “NBC News”a verdiyi müsahibədə vəziyyəti təhlil edərək belə nəticəyə gəldiyini bildirib.
Makronun sözlərinə görə, ABŞ və tərəfdaş ölkələr Rusiyaya təzyiqləri artırmalıdır:
“Əgər Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında aparılacaq danışıqlarda irəliləyiş əldə olunmasa, əlavə sanksiyalar tətbiq edilməlidir. Bu həm birinci, həm də ikinci dərəcəli sanksiyaları əhatə edə bilər.”
Fransa lideri həmçinin qeyd edib ki, gələcəkdə Rusiyanın mümkün hücumlarının qarşısını almaq üçün Ukraynaya ciddi təhlükəsizlik zəmanətləri verilməlidir:
“Əgər belə təminatlar olmadan sülh sazişi imzalansa, Rusiya öhdəliklərini yerinə yetirməyəcək.”
Makron, ABŞ sabiq prezidenti Donald Trampın Putinə qarşı müzakirələrdə Ukraynaya təhlükəsizlik zəmanətlərini dəstəkləməsinin ümidverici olduğunu da vurğulayıb.
Atəşkəsin əldə olunma ehtimalına gəlincə isə Fransa Prezidenti optimistliyini qoruduğunu bildirib:
“Ümid edirəm ki, bu mümkündür. Amma hətta dünya liderlərinin nümayəndə heyətləri ABŞ-də danışıqlar apararkən belə, Rusiya Ukraynaya zərbələr endirməyə davam edir.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.