Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məktəbəhazırlıq qruplarına maraq artır

Paytaxt məktəblərində artıq 23 mindən çox uşaq qeydiyyatdan keçib

11

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına əsasən, avqustun 18-i, saat 10:00-a qədər ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 23 046 uşaq elektron qeydiyyatdan keçib. Onlardan 19 800 nəfəri üçün aktiv sorğu yerləşdirilib.

Valideynlər və ya uşaqların digər qanuni nümayəndələri mektebeqebul.edu.az portalı vasitəsilə, öz və övladlarının şəxsiyyət vəsiqəsi ilə qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 9 iyuldan, digər dillərdə tədris olunan bölmələr üzrə seçim isə 10 iyuldan etibarən aktiv edilib.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, 2020-ci il təvəllüdlü uşaqlar qəbul olunurlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.