Çanaqqalada meşə yanğını səbəbindən kəndlər təxliyə olundu
Küləyin təsiri ilə genişlənən alovlara 12 təyyarə və 12 helikopter cəlb edilib
Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonu ərazisində genişmiqyaslı meşə yanğını baş verib. Küləyin təsiri ilə alovun sürətlə yayılması səbəbindən Eceabat və Yolağzı kəndlərinin sakinləri təhlükəsizlik məqsədilə təxliyə olunublar.
Bu barədə vilayətin valisi Ömer Toraman məlumat verib. Onun sözlərinə görə, yanğının söndürülməsi üçün havadan və qurudan intensiv müdaxilə həyata keçirilir.
Hadisə yerinə 12 helikopter, 12 yanğınsöndürən təyyarə, müxtəlif texniki vasitələr və 560 nəfərlik şəxsi heyət cəlb olunub.
Hazırda yanğının qarşısının alınması və digər yaşayış məntəqələrinə keçməsinin qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.