Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə səyyar qəbul – Energetiklər massivində sakinlərin müraciətləri dinlənildi

İlham İsmayılov vətəndaşlarla görüş keçirdi – Milli Qəhrəman parkında yenidənqurma işləri başlayır

29

Avqustun 14-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov energetiklər yaşayış massivində sakinlərlə növbəti səyyar görüş keçirib. Y.Mansurov küçəsində yerləşən 15 saylı binanın qarşısında baş tutmuş görüşdə şəhər prokuroru, polis idarəsinin rəhbərliyi, bələdiyyə və kommunal xidmət müəssisələrinin təmsilçiləri, həmçinin ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlham İsmayılov çıxışında Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə vətəndaşlarla mütəmadi səyyar qəbul və görüşlərin keçirildiyini vurğulayıb. O, cari ilin əvvəlindən energetiklər yaşayış massivində əsaslı abadlıq və quruculuq işlərinə start verildiyini bildirib.

Görüş zamanı söz alan sakinlər görülən abadlıq tədbirlərinə görə Prezidentə və şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda onlar hündür ağacların budanması, binanın dam örtüyündəki nasazlıq, yarımçıq qalmış kanalizasiya xətlərinin tamamlanması, uşaq idman qurğularının təmiri, ictimai nəqliyyatın yenilənməsi və sürət həddinə nəzarət kimi məsələlər barədə müraciət ediblər.

İcra başçısı qaldırılan problemlərin araşdırılması və qısa müddətdə həlli ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib.

Səyyar görüşdən sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adını daşıyan mini parka baxış keçirilib. Bildirilib ki, parkda müasir fəvvarə quraşdırılacaq, yaşıllaşdırma və işıqlandırma işləri aparılacaq, oturacaqlar və gəzinti yolları istifadəyə veriləcək. İlham İsmayılov qeyd edib ki, park qəhrəmanın adına layiq şəkildə yenidən qurulmalıdır və bununla bağlı aidiyyəti qurumlara tapşırıqlar verib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.