Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Orta ixtisas təhsili müəssisələrinə qəbul: qeydiyyat prosesi başladı

Tələbələr üçün elektron qeydiyyat 22 avqusta qədər davam edəcək

13

14 avqust tarixindən saat 11:00-dan etibarən ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslər üçün qeydiyyat prosesi başlayıb. Bu barədə məlumat Elm və Təhsil Nazirliyi tərəfindən açıqlanıb.

Qəbul olunanlar müraciətlərini https://portal.edu.az/ portalında yerləşən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətindən edə bilərlər. Burada müvafiq qəbul xəttinə uyğun şəxsi məlumatlar və qəbul sənədləri təsdiq edilə, tələb olunan sənədlər əlavə oluna bilər.

Qeydiyyat prosesi elektron sistem vasitəsilə 22 avqust saat 18:00-da başa çatacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.