Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sumqayıtda təhlükəli tapıntı

Yaşma bağları adlanan ərazisində hərbi sursat zərərsizləşdirilib

20

Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində hərbi sursat aşkarlanıb. Hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olub.

Əraziyə dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu göndərilib. Hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirildikdən sonra aparılan baxış zamanı sursatın 1 ədəd 152 millimetrlik BR530 tipli zirehdələn top mərmisi olduğu müəyyən edilib.

Mütəxəssislər tərəfindən mərmi təhlükəsiz şəkildə ərazidən çıxarılıb və zərərsizləşdirilməsi üçün kənarlaşdırılıb. Əlavə axtarış nəticəsində ərazidə başqa təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.