Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İstanbulda güclü zəlzələ: Balıkəsirdə dağıntılar var

6,1 bal gücündə yeraltı təkanlar Mərmərə və Ege bölgələrində hiss olunub

27

 

Türkiyənin İstanbul şəhərində 6,1 bal gücündə zəlzələ baş verib. AFAD-ın məlumatına görə, təkanların episentri Balıkəsir bölgəsində yerləşib. Yeraltı sarsıntılar Mərmərə və Ege bölgələrində də hiss olunub.

Balıkəsirdə bəzi yaşayış binalarının dağıldığı, dağıntılar altında qalanların xilas edilməsi üçün təcili tədbirlərin görüldüyü bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən dərhal sonra bütün aidiyyəti qurumların fəaliyyətə başladığını, zəruri addımların atıldığını və prosesi şəxsən izlədiyini açıqlayıb.

İstanbul Valiliyi isə hazırda şəhərdə hər hansı ciddi mənfi halın qeydə alınmadığını, sahə yoxlamalarına başlanıldığını bəyan edib.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.