Havanın temeperaturu nə zaman dəyişəcək?
Avqustun 8-i və 9-da ölkə üzrə sabit hava şəraiti müşahidə olunacaq, güclənən külək istiləri bir qədər azaldacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim cənub-şərq küləyi müşahidə olunacaq, lakin avqustun 8-i axşam saatlarında şimal-qərb istiqamətindən əsəcək.
Sinoptiklərin verdiyi məlumata əsasən, havanın maksimal temperaturu 35–40 dərəcə arasında dəyişəcək.
Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Avqustun 9-dan etibarən isə Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi gözlənilir. Güclü küləyin müşahidə olunan isti hava effektini müəyyən qədər zəiflədəcəyi bildirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.