Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Konstitusiya və Suverenlik İli” çərçivəsində MIS-lərarası futbol yarışı keçirildi

Azərbaycan Prezidentinin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsi münasibətilə müxtəlif tədbirlər həyata keçirilir.

31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunub. Bu münasibətlə müxtəlif sahələrdə silsilə tədbirlər həyata keçirilir.

Həmin təşəbbüsə uyğun olaraq Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərən 8 və 14 saylı Mənzil-İstismar Sahələrinin (MİS) təşkilatçılığı ilə MIS-lərarası futbol yarışı baş tutub. Yarışın keçirilməsində əsas məqsəd gənclərin fiziki inkişafı, sağlam həyat tərzinin təşviqi və vətənpərvərlik ruhunun gücləndirilməsi olub.

Tədbirə MİS-in tərbiyəçi-müəllimləri rəhbərlik edib. İştirakçılar arasında həmrəylik və idman ruhu yüksək səviyyədə müşahidə olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.