Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-nun alimi, dosent Aidə Mustafayevanın elmi rəhbərlik etdiyi “AI-SKYS” layihəsi Respublika səviyyəsi üzrə keçirilən “SABAHIN ALİMLƏRİ” müsabiqəsində 3-cü yerə layiq görülüb

Mingəçevir Dövlət Universitetinin (MDU) alimi, texnika üzrə fəlsəfə doktoru, dosent Aidə Mustafayevanın elmi rəhbərlik etdiyi “AI-SKYS” (Süni intellektin tətbiqilə LİDAR sensor qurğularının təkmilləşdirilməsi) layihəsi SABAHIN ALİMLƏRİ Respublika müsabiqəsində 600 layihə arasından 3-cü yerə layiq görülüb. Layihə Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli orta məktəbin 11-ci sinif şagirdləri Musayev Mürsəl Yusifoviç və Nəbiyeva Nailə Vüqar qızı tərəfindən uğurla təqdim edilib. Layihənin əsas məqsədi LİDAR və süni intellekt texnologiyalarının birləşdirilməsi ilə hava hücumlarından müdafiə sistemlərinin daha sürətli, dəqiq və ağıllı şəkildə işləməsini təmin etməkdir. Müsabiqə çərçivəsində şagirdlər süni intellektin hava məkanının təhlükəsizliyində tətbiqini nümayiş etdirərək, pilotsuz uçuş aparatlarının avtomatik aşkarlanması və real vaxt rejimində təhlil olunması mexanizmini izah ediblər. Layihənin uğur qazanmasında onların elmi araşdırmalara olan marağı, eksperimentlər zamanı göstərdikləri əzm və dəqiqlik mühüm rol oynayıb.

MDU-nun dosenti Aidə Mustafayeva gənc tədqiqatçılara göstərilən dəstəyə görə Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli orta məktəbin direktoru Yeganə xanıma təşəkkürünü bildirib. O, layihə iştirakçılarını qazandıqları uğur münasibətilə təbrik edərək, onların gələcəkdə daha böyük elmi nailiyyətlər əldə edəcəyinə əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, SABAHIN ALİMLƏRİ müsabiqəsi istedadlı şagirdlərin elmi potensialını inkişaf etdirmək, innovativ ideyaları dəstəkləmək və gəncləri tədqiqat fəaliyyətinə təşviq etmək məqsədilə keçirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.