8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi və İctimaiyyətlə Əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri ziyarət edilib.
Görüşlər zamanı MDU-nun şəhid məzunları Əzəmi Hüseynovun, Kənan Abdullayevin və Oruc Nəcəflinin anaları, həmçinin Aprel döyüşləri şəhidləri Rahim Tağıyev, Teymur Qasımov, Adil Adilzadə və Rüstəm Əhmədovun ailə üzvləri ilə görüş keçirilib. Eyni zamanda, şəhid Yasən Əhmədovun və Niyazi İsgəndərovun həyat yoldaşları ziyarət olunub.
Yasən Əhmədov və Niyazi İsgəndərovun övladları hazırda MDU-da təhsil alırlar. Şəhidlərin əziz xatirəsi ehtiramla anılıb, ailələrə bayram təbrikləri çatdırılıb və onların qayğıları ilə maraqlanılıb. MDU rəhbərliyi və kollektivi şəhid ailələrinə daim dəstək olmağa davam edəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.