Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib
21 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) institusional akkreditasiya prosesinin hazırlığı çərçivəsində təşkilat komissiyasının növbəti iclası keçirilib. İclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri iştirak ediblər.
MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov iclasın açılışında, akkreditasiya prosedurunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Təhsil Nazirliyi və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiya Qaydaları”nın tələb və meyarları barədə iştirakçılara geniş məlumat verib.
Daha sonra komissiya üzvləri hazırkı işlər barədə məlumat verərək, qarşıda duran vəzifələrin müzakirəsi üçün fikir mübadiləsi aparıblar. Görülən işlər və növbəti mərhələlər haqqında ətraflı müzakirələr aparılıb, gələcək işlərin koordinasiyasının daha da gücləndirilməsi qərara alınıb.
Bu iclas MDU-nun 2025-ci il akkreditasiya prosesinin uğurla başa çatdırılması üçün mühüm addımlardan biri hesab olunur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.