Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə növbəti iclası keçirilib

2024-cü il dekabrın 4-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə iclası keçirilib.

MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda “2024/2025-ci tədris ili üçün Mingəçevir Dövlət Universiteti (MDU)  “MDU-nun 2024-cü ildə elmi fəaliyyəti haqqında”, “2023/2024-cü tədris ilinin “MDU-da Keyfiyyət ili” elan edilməsi ilə bağlı görülən işlərin hesabatı və MDU-da tədrisin fəaliyyəti haqqında”, “MDU-da informasiya texnologiyaları sahəsində fəaliyyət haqqında”, “MDU-da psixoloji xidmət sahəsində görülən işlər haqqında” hesabatlar dinlənilib. Hər bir hesabat ayrılıqda aparılan müzakirələrdən sonra Elmi Şura üzvlərinin müvafiq təklif və tövsiyələri nəzərə alınmaqla qəbul olunub.

Elmi Şuranın iclası cari məsələlərə baxılmaqla davam edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.