Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının iclası keçirilib

2024-cü il noyabrın 6-da Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə ilk iclası keçirilib.

MDU-nun rektor v.m.i.e. Üzeyir Zeynalov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda “2024/2025-ci tədris ili üçün Mingəçevir Dövlət Universiteti (MDU) “İctimaiyyətlə əlaqələrin təşkili haqqında”, “Tədris prosesinin tədris-metodiki vəsaitlərlə təmin edilməsi vəziyyəti haqqında”, “MDU-da magistratura səviyyəsi üzrə təcrübələrin təşkili vəziyyəti haqqında” və “MDU-da tədris prosesinin rəqəmsallaşması (elektron universitet) haqqında” hesabatlar dinlənilib. Hər bir hesabat ayrılıqda aparılan müzakirələrdən sonra Elmi Şura üzvlərinin müvafiq təklif və tövsiyələri nəzərə alınmaqla qəbul olunub.

Elmi Şuranın iclası cari məsələlərə baxılmaqla davam edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.