Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində Bədii Yaradıcılıq Müsabiqə Festivalında uğur qazanan tələbələrlə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin tələbələri Bakı şəhərində keçirilən Ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş Bədii Yaradıcılıq – Müsabiqə Festivalında müxtəlif nominasiyalar üzrə uğur qazanıblar.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunan tələbələrlə görüşən Mingəçevir Dövlət Universitetinin Rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov onların yarıdıcılıq fəaliyyətlərini yüksək dəyərləndirdiyini vurğulayıb və onlara fəaliyyətində uğurlar arzu edib.

Universitet tələbələrinin sosial inkişafına və yarıdıcılıq potensialının artırılmasına xüsusi diqqət yetirdiyini qeyd edən Ü.Zeynalov tələbələrə universitet həyatında aktiv olmağı tövsiyyə edib. Görüşün sonunda tələbələrə Ü.Zeynalov tərəfindən hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib. Tələbələr, göstərilən diqqət və qayğı üçün, universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Təhsil fakültəsinin “Məktəbəqədər təhsil” ixtisasının lll kurs tələbəsi Səma Zeynallı “Vokal” (Xalq mahnıları) nominasiyası üzrə II yer, İqtisadiyyat və İdarəetmə fakultəsinin “Turizm bələdçiliyi” ixtisasının II kurs tələbəsi Elşad Əmrahov “Milli və Dünya Xalqlarının çalğı alətləri” nominasiyası üzrə III yerin qalibi olublar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.