Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə 2024-cü ilin yanvar-iyun aylarında əmtəə bazarının əsas göstəriciləri

Pərakəndə ticarət dövriyyəsi

Əmtəə bazarı

2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrində istehlak malları satışının 73,6 faizi və ya 192954,9 min manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,4 faizi və ya 69265,1 min manatı isə qeyri-ərzaq mallarının payına düşmüşdür. 2024-cü ilin yanvar-iyun aylarında əsas fəaliyyəti pərakəndə ticarət olan şəbəkələrdən 57741,3 min manatlıq əmtəə satılmışdır ki, bu da keçən ildən 55,9 min manat və ya 0,1 faiz az olmuşdur. Digər sahələr (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) üzrə satışın məbləği 6661,4 min manat təşkil etmişdir ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz və ya 1087,1 min manat çox olmuşdur. Bazar və yarmarkalarda fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən satılmış malların məbləği 182511,6 min manat təşkil etmişdir ki, bu da 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 19,1 faiz və ya 29268,3 min manat çox olmuşdur. Hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarlar tərəfindən satılmış malların məbləği isə 15305,7 min manat təşkil etmişdir ki, bu da keçən ilə nisbətən 59,4 faiz və ya 22350,5 min manat az olmuşdur.

2024-cü ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin 0,13 faizi dövlət və 99,87 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.