2024-cü il mayın 16-da Ankarada səfərdə olan Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Qazi Universitetini ziyarət edib. Nümayəndə heyətinin tərkibində MDU rektorunun müşavirləri Hamız Mahmudov və Ramin Məmmədov, Qazi Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz ve Evren Güçer təmsil olunublar.
Ziyarət zamanı MDU nümayəndə heyəti Qazi Universitetinin rektoru, professor Musa Yıldız ilə görüşüb.
Görüşdə MDU rektoru Şahin Bayramovun salamlarıni çatdıran universitetin nümayəndə heyəti əməkdaşlığa göstərdiyi dəstəyə görə Qazi Universitetinin rektoruna minnətdarlıqlarını bildiriblər.
Sonra universitetlər arasında işbirliyi çərçivəsində görülən işlərin nəticələri diqqətə çatdırılaraq əməkdaşlığın inkişafı istiqamətində səylərin daha da artırılacağı qeyd olunub.
Bildirilib ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar olaraq əməkdaşlıqda dayanıqlı inkişaf əsaslı fəaliyyətlərə xüsusi önəm veriləcəkdir.
Bu istiqamətdə hər zaman əməkdaşlığa açıq olduğunu bildirən Qazi Universitetinin rektoru M.Yıldız MDU ilə işbirliyindən məmnunluğunu dilə gətirib.
Sonra qarşılıqlı olaraq hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, MDU-da qardaş Türkiyənin nüfuzlu universitetlərindən olan Qazi Universiteti ilə əməkdaşlığa xüsusi önəm verilir. Əməkdaşlıgın inkişafı əsasən universitetdə təhsil və mühəndislik ixtisasları üzrə tədrisin məzmununun təkmilləşdirilməsinə hədəflənib.
Şərhlər bağlıdır.