Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təsərrüfat subyektlərinin xarakteristikası

2023-cü ilin yanvar ayının 1-i vəziyyətinə

33

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Bu dövrdə şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, dövlət mülkiyyətində olan müəssisələrin bir hissəsi özəlləşdirilərək xüsusi bölməyə keçmiş, onların strukturlarında dəyişikliklər baş vermişdir. Rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir.

2023-cü ilin yanvar ayının 1-i vəziyyətinə “Statistik vahidlərinin Dövlət reyestri”ndə Mingəçevir şəhəri üzrə qeydiyyatdan keçmiş hüquqi şəxslərin, filial və nümayəndəliklərin sayı 1285 olmuşdur.

Fəaliyyət növləri

01.01.2023-cü il vəziyyətinə hüquqi şəxslərin sayı

Ümumi saya görə %-lə

 CƏMİ

1285

100,0

  o cümlədən:
AKənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

85

6,61

BMədənçıxarma sənayesi

12

0,93

CEmal sənayesi

78

6,07

DElektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

8

0,62

ESu təchizatı, tullantıların təmizlənməsi və emalı

2

0,16

FTikinti

133

10,35

GTicarət; nəqliyyat vasitələrinin təmiri

254

19,77

HNəqliyyat və anbar təsərrüfatı

16

1,25

İTuristlərin yerləşdirilməsi və ictimai iaşə

10

0,78

Jİnformasiya və rabitə

24

1,87

KMaliyyə və sığorta fəaliyyəti

21

1,63

LDaşınmaz əmlakla əlaqədar əməliyyatlar

19

1,48

MPeşə, elmi və texniki fəaliyyət

30

2,33

Nİnzibati və yardımçı xidmətlərin göstərilməsi

39

3,04

ODövlət idarəetməsi və müdafiə, sosial təminat

16

1,24

PTəhsil

57

4,44

QƏhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

31

2,41

Rİstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

18

1,4

SDigər sahələrdə xidmətlərin göstərilməsi

432

33,62

Şərhlər bağlıdır.