2022-ci ilin 16 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə bu ali təhsil müəssisəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları “Azərbaycan İES” MMC-də ekskursiyada olublar.
Eksursiya zamanı MDU kollektivi İES-in istehsalat sahəsi, kimya sexi və laboratoriyası ilə yaxından tanış olub, laboratoriya şəraitində tullantı suların çikləndiricilərdən təmizlənməsi üsulları barədə praktiki olaraq məlumatlandırılıb.
Sonra, ekskursiya çərçivəsində dəyirmi masa keçirilib. Fizika və ekologiya kafedrasının dosenti Pərvanə Səfərova “İstilik elektrik stansiyalarının tullantı sularının təmizlənməsi üsulları” və “Ekologiya mühəndisliyi” ixtisasında təhsil alan magistrant Aysel Bayramova “İstilik elektrik stansiyalarının ətraf mühitə təsiri” mövzusunda məruzələrlə çıxış ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verilir. Bu məqsədlə tərəfdaş sənaye müəssisələrinə ekskursiyaların təşkili diqqət mərkəzində saxlanılır.
Şərhlər bağlıdır.