2022-ci ilin 16 noyabr tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Təhsil Həftəsi çərçivəsində ABŞ-ın Merilend Universitetinin Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru Adam Culian, Səfirliyin proqram direktoru Aydan Əsgərova və Bakı Amerika Mərkəzinin əməkdaşı Əli İbrahim Mingəçevir Dövlət Universitetində (MDU) olublar.
Universitetdə olduqları müddətdə nümayəndə heyəti MDU rektoru Şahin Bayramov ilə görüşüb, professor-müəllim və tələbə heyəti üçün “ABŞ-da ali təhsil imkanları” mövzusunda məlumatlandırıcı tədbir keçiriblər.
Tədbirdə ABŞ universitetlərində təhsil almağın üstünlükləri, təqaüd proqramları, qəbul şərtləri, təhsil növləri, sosial həyat və digər imkanlar barədə ətraflı məlumatlar verilib və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tələbə və əməkdaşların xaricdə müvafiq təhsil və təcrübə proqramlarından faydalanması üçün müvafiq şəraitin yaradılmasına xüsusi önəm verilir.
Şərhlər bağlıdır.