Mingəçevirdə 300-dən çox Eldar şamı quruyur
Şəhərin Heydər Əliyev prospekti, Sahil və Füzuli parklarında, eləcə də digər ərazilərdə üst-üstə 301 Eldar şamı quruyaraq kütləvi şəkildə məhv olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Mingəçevir şəhərində şam ağacları kütləvi şəkildə quruyur. Şəhərin Heydər Əliyev prospekti, Sahil və Füzuli parklarında, eləcə də digər ərazilərdə üst-üstə 301 Eldar şamı quruyaraq kütləvi şəkildə məhv olub.
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin nümayəndəsi Tahir Abdullayevin verdiyi məlumata görə, onlar həm öz təşəbbüsləri, həm də sakinlərin müraciətləri əsasında ərazilərə baxış keçirərək qurumuş və vegetasiya dövrü bitmiş Eldar şamlarını müəyyən edib.
Bununla əlaqədar idarə bələdiyyəyə müraciət edərək onların kəsilməsinin zəruri olduğunu bildirib. T.Abdullayevin sözlərinə görə, kütləvi qurumaya naməlum xəstəlik səbəb olub.
Qeyd edək ki, qurumanın ən çox müşahidə edildiyi Sahil parkında şamların qeyri-adi şəkildə soyulması da diqqət çəkir.
Ərazi sakinlərinin bəziləri bunu uşaqların törətdiyini, digərləri isə təbii quruma nəticəsində baş verdiyini deyir.
Şərhlər bağlıdır.