2021-ci ilin 15 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup gənc əməkdaşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin #TəhsilÜçünVaksinasiya kampaniyasına qoşularaq könüllü şəkildə birinci doza vaksinasiya prosesindən keçiblər.
Qeyd edək ki, MDU-da, ilk növbədə, yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid universitetin əməkdaşları mərhələli şəkildə peyvənd olunublar. Sağlamlıqlarına, ölkəmizdə sanitar-epidemioloji vəziyyətə həssas yanaşan və peyvənd olunmağı vətəndaşlıq borcu hesab edən MDU kollektivinin 87 faizindən çoxu artıq vaksinasiyadan keçib və hazırda bu proses uğurla başa çatmaq üzrədir.
Eyni zamanda, MDU-da əhali arasında vaksinasiya ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirlərində universitetin professor-müəllim və tələbə heyəti üzvlərinin fəal iştirakının təmin edilməsinə xüsusi diqqət yetirilir.
Şərhlər bağlıdır.