Mingəçevirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. “Hyundai” markalı minik avtomobili “Ford” markalı maşınla toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində biri azyaşlı olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.