“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə Avropa İttifaqı və qismən BMT İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən, Data HUB MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən icra olunan “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü çərçivəsində “Öz Biznesinə Başla və Təkmilləşdir” Proqramının təlimləri keçirilib. Təlim zamanı qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, qadın məşğulluğunun və tələb olunan bilik və vərdişlərin artırılması haqqında iştirakçılara məlumat verilib. Təlimçi Rəşad Qurbanov biznes fəaliyyətində ilk və vacib mərhələ kimi biznes ideyasının formalaşdırılması olduğunu bildirib. Biznesin əsas növləri, biznes ideyalarını formalaşdıran və inkişaf etdirən zaman yaranan suallarla tanış olan iştirakçılar yaxşı biznes ideyasının hansı tələblərə cavab verməli olduğunu öyrəniblər.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Əvvəlki yazı
Şərhlər bağlıdır.