Başçı Qurban bayramını uşaqlarla birgə keçirdi
Müqəddəs Qurban bayramı münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti valideyn himayəsindən məhrum, qəyyumluqda olan və fiziki sağlamlığı məhdud uşaqlar üçün bədii-əyləncəli gecə təşkil edib. Onlara ən xoş arzularını bildirən İcra Hakimiyyəti başçısı Niyazi Bayramov ölkə rəhbərinin, o cümlədən Heydər Əliyev Fondunun yeni nəslin fiziki və mənəvi inkişafına göstərdikləri davamlı qayğıdan danışıb, Qurban bayramının müqəddəsliyindən, insanlarda mərhəmət, yaxşılıq hissləri yaratmasından, xalqımızın adət -ənənələrinin zənginliyindən söhbət açıb.
Milli mətbəxtimizin zəngin təamları ilə bəzədilmiş bayram süfrəsi ətrafında müxtəlif nağıl qəhrəmanları, rəqs qrupları, Uşaq Yaradıcılıq Mərkəzi və Mingəçevir Dövlət Dram Teatrının kollektivləri balacalara unudulmaz anlar yaşadıblar. Xoş münasibət,səmimi ünsiyyət, rəngarəng çıxışlar uşaqların könlünə məlhəm çəkib.
Şərhlər bağlıdır.