Mingəçevir Dövlət Universitetində “ASAN xidmətdə” könüllülük fəaliyyətinin təbliği ilə bağlı tədbir keçirilib. Tədbirdə Mingəçevir “ASAN xidmət” mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun baş mütəxəssisi, Könüllülər üzrə məsul şəxs Əli Qurbanov, ASAN könüllülər təşkilatının nümayəndəsi Yaşar Qasımov və Müşfiq Azayev iştirak ediblər.
Əli Qurbanov Mingəçevir “ASAN xidmət” mərkəzinin rəhbərliyi adından tələbələri salamlayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) dövlət qulluğu sisteminə gətridiyi yeniliklərdən biri də bu işə könüllülərin fəaliyyətinin təşkil edilməsidir. Ə.Qurbanov vurğulayıb ki, “ASAN xidmət”dən faydalanan demək olar ki, hər kəs könüllülərin əməyindən yararlanırlar. Daha sonra Ə.Qurbanov Könüllüyün yaranması tarixindən bəhs edib.
“ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Əli Qurbanov bildirib ki, “ASAN xidmət” mərkəzlərindəgöstərilən xidmət vətəndaş məmnunluğunun təmin olunduğu, korrupsiyanın və bürokrtaik əngəllərin olmadığı bir çərçivədə həyata keçirilir. Bununla yanaşı bu mərkəzlər gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, sosiallaşması və təcrübə toplaması üçün könüllülərlə sıx əməkdaşlıq edir.
Mingəçevir ASAN könüllülər təşkilatının nümayəndəsi Yaşar Qasımov tələbələrin iştirakı ilə əyləncəli proqramı nümayiş etdirib. Əyləncəli proqramlardan məmnunluq duyan tələbələr alqış sədalarını əskik etmədilər.
Tələbələr qarşısına çıxan Əli Qurbanov bildirib ki, könüllü fəaliyyəti tətbiq edərək biz hər bir Azərbaycanlı gəncə şəffaf və operativ xidmət göstərən “ASAN xidmət” mərkəzlərinin işi ilə yaxından tanış imkanı yaradırıq. Biz könüllülərə bilik, ilkin əmək vərdişləri, gənc kollektivdə çalışmaq və dövlət orqanının işi ilə yaxından tanış olmaq şansı verir və bu yolla könüllülərin əmək bazarında öz yerini tutmalarına yardımçı oluruq.
“ASAN xidmət” mərkəzində Beynəlxalq Könüllülər gününə həsr olunmuş videoçarx nümayiş olunub.
ASAN könüllülər təşkilatının nümayəndəsi Yaşar Qasımov tələbələrin iştirakı ilə daha bir əyləncəli proqramı nümayiş etdirib.
Sonra səhnəyə çıxan ASAN könüllülər təşkilatının digər nümayəndəsi Müşfiq Azayev qeyd edib ki, bununla yanaşı gənclərin dövlət qulluğu tərbiyəsinə yiyələnmələrinə köməklik göstərir, onlarda vətənpərvərlik və dövlətçiliyimizə sədaqət kimi keyfiyyətlərin artırılmasına, formalaşmasına dəstək oluruq. Eyni zamanda, biz onlara öz fiziki və intellektual potensialından istifadə edərək Dövlət Agentliyinin inkişaf prosesinə töhfə vermələrini təmin edirik.
Sonra tədbirboyu tələbələrə ASAN könüllüləri ilə bağlı müxtəlif səpkili videoçarxlar nümayiş olunub.
Tədbirdə əyləncəli rəngarəng intellektual oyunlar tələbələrin iştirakı ilə davam edib.
Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.
Şərhlər bağlıdır.