Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Asfalt üzərində sülh düşüncələri

Sentyabrın 4-də Mingəçevirdə “Qoy həmişə günəş olsun” mövzusunda rəsm müsabiqəsi keçirilib. Şəhər stadionunda təşkil olunan müsabiqədə  28  uşaq və yeniyetmə iştirak edib. Uşaqlar asfalt üzərində çəkdikləri bir-birindən maraqlı rəsmlərdə mavi səma, sülh göyərçini, Qarabağ və müharibə barədə düşüncələrini əks etdiriblər. Uşaq–Gənclər İnkişaf Mərkəzinin əl işlərindən ibarət sərgi və balaca fidanların ifasında rəngarəng şeirlər də maraq doğurub. Uşaqlarla görüşən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov onları vətəni sevməyə, vətənpərvər olmağa səsləyib, qaliblərə diplom və həvəsləndirici hədiyyələr təqdim edib.

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyanın təşkil etdiyi tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə keçirilən “Sülh aylığı” çərçivəsində baş tutub.

Şərhlər bağlıdır.