Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Söndür-yandır düzələcək” fikri doğrudurmu?

Bildiyimiz kimi kompüter texnologiyaları, proqramlar insanlar tərəfindən hazırlanır. Təbii ki, informasiya texnologiyaları avadanlıqlarından və ya proqramlardan istifadə edərkən bəzi hallarda qarşımıza “error” yəni xətalar çıxır və müəyyən problemlərlə qarşılaşa bilirik. Bu isə o deməkdir ki, kompüter texnologiyaları və proqramlar hər zaman qüsursuz işləmir. Yaranmış problemin səbəbkarı hər zaman istifadəçi deyil,  bu cür xətaların ortaya çıxmasında bəzi hallarda yaradıcılar da məsuliyyət daşıyır.

Məsələn kompüteri söndürüb yandırmaqla həll oluna biləcək bir neçə xətanı qeyd edə bilərik:

  • Yavaşlamalar və donmalar. Səbəbi: Yaddaş sızması (Memory leakУтечка памяти)
  • Mavi ekran xətası. Səbəbi: Sürücü və ya qurğu xətası (Driver or hardware errorОшибка драйвер или оборудования.)
  • İnternet şəbəkəsinin işləməməsi. Səbəbi: Sürücü və ya proqram xətası (Driver or software errorОшибка драйвера или программного обеспечения)

Kompüterimizdə iş gördüyümüz zaman hər hansı bir problem yaranarsa onu söndürüb yenidən yandırmaq (Restart/RebootПерезагрузкаYenidən başlamaq ) məsləhətdir. Bu əməliyyat çox sadə görünsə də, kompüteri söndürüb yandırmaq bir çox hallarda şəbəkə və qrafika problemlərini, kompüterin zəyif işləməsi (performansın aşağı düşməsi) və həmçinin proqramlarda və sürücülərdə yaranmış xətaları aradan qaldıra bilər.

Bəs nə üçün söndürüb yandırdıqdan sonra xətalar düzəlir? Kompüter işlədiyi halda, onu söndürüb yandırmadan bu xətaları aradan qaldırmaq mümkün deyilmi?

Proqramlar işlədiyi zaman kompüterimiz icra olunan proqramın resurslarını paylaşdırır. Məsələn kompüterimizdə açdığımız proqram əməli yaddaşda (RAM) icra olunur və biz həmin proqramı bağladığımız zaman proqram resusrları kompüterimizə geri dönür. Lakin bu hər zaman uğurlu olmaya bilər, bəzi hallarda  proqramdan çıxış etsək belə, proqramda yaranan xəta nəticəsində resurslar yəni məlumatlar əməli yaddaşda qala bilər. Bu zaman yaddaş sızması, proqramlarda yavaşlama və ya müxtəlif xətalar baş verə bilər. Bu səbəbdən kompüterimizi söndürüb yanırdığımız zaman əməliyyat sistemi yenidən yüklənir, RAM-da olan qalıqlar təmizlənir və əməliyyat sistemi daha rahat çalışmağa başlayır.

Bir çox hallarda İnternet brauzerində də belə problemlər yarana bilir. Məsələn Google Chrome brauzerini saatlarla açıq tutduğumuz zaman donmalar baş verə bilər ki, bunun da səbəbi brauzer və ya əlavələrdə (Plugin)  olan xətalardır. Brauzeri bağlayıb yenidən açmaqla brauzern sürətini yenidən bərpa etmək olar.

Araşdırmalara görə, mütəxəssislər “söndür-yandır düzələcək” fikrini tək kompüterlərə deyil, proqramlaşdırılmış bütün quruğulara şamil edirlər. Bunlar TV-lər, paltaryuyan maşınlar, kondisioner və başqa qurğular ola bilər.

P.S Yəqin ki, evdə internetə qoşduğunuz modemə Wifi ilə qoşula bilmədiyiniz halda və ya internet olmayan zaman sizlər də onu söndürüb yandırmısınız…

Şərhlər bağlıdır.