Mingəçevir Dövlət Yol Polisi Avtomobil Nəqliyyatında Daşımaların Təşkili MMC şəhər bölməsi ilə birgə Heydər Əliyev prospekti və ona bitişik küçələrdə reyd keçirib. Məqsəd nəqliyyat vasitələrində yük və sərnişin daşımaları üzrə hüquqi normativlərə və qaydalara riayət etməyən sürücülərin aşkarlanması olub. Nəticədə 150-dən çox avtomobil sürücüsü saxlanılıb. Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Cəmşid Abbasovun dediyinə görə, 43 qayda pozuntusu ilə bağlı inzibati protokol tərtib olunub: “Qaydaları pozan bir neçə maşın yükü ilə birgə cərimə meydançasına göndərildi. Saxlanılan digər sürücülərə isə müvafiq tələblərə uyğun xəbərdarlıqlar edildi. Bu cür reydlər davamlı olaraq şəhərin digər istiqamətlərində də keçiriləcək”.
Reyd zamanı sürücülük vəsiqəsi olmadan sükanı arxasında əyləşən iki şəxs də müəyyən edilib.
Şərhlər bağlıdır.