Mayın 25-də axşam saat 20:00 radələrində Mingəçevir şəhər Heydər Əliyev prospektində “Orxan” bazarı qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, BMV X5 markalı avtomobilin sürücüsü Samir adlı şəxs yüksək sürətlə hərəkət etdirdiyi avtomobildə idarəetməni itirərək qarşıda gedən LADA Niva 2121 markalı 99 DD 636 dövlət nömrə nişanlı avtomobili arxadan vurmuşdurş. Nəticədə zərbədən BMV X5 markalı avtomobilin ön hissəsinin vurulmuş-əzilmiş hissələri təxminən 50 metr məsafədə yola səpələnmişdir. LADA 2121 Niva markalı 99 DD 636 dövlət nömrə nişanlı avtomobilin arxa hissəsi isə yararsız hala düşmüşdür. Xoşbəxtlikdən fiziki cəhətdən zərər çəkən olmamışdır. Hadisə baş verən zaman BMV X5 markalı avtomobilin sürücüsü hadisə yerindən qaçmışdır.
Qeyd edək ki, baş verən qəza nəticəsində hadisənin ərazisi böyük olduğundan bir müddət prospektdə nəqliyyatın hərəkəti dayandırılıb. Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsidə araşdırma aparılır.
Şərhlər bağlıdır.