Bizimlə həyatınız həmişə işıqlı olacaq!

9 və 11-ci sinif şagirdləri üçün əlavə buraxılış imtahanı keçiriləcək

Alt başlıq: İmtahan 7 sentyabrda Bakı, Naxçıvan, Gəncə və Şirvanda təşkil olunacaq

16

2025-ci ilin buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan sentyabrın 7-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də imtahan verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq. İştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından **“İmtahana buraxılış vərəqəsi”**ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, şagirdlərə **“Yaddaş kitabçası”**ndan çıxarış da təqdim olunur. Burada imtahan prosesi, qaydalar və digər zəruri məlumatlar yer alır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.